axtaris

понедельник, 17 января 2011 г.

siqret sizin saglamniginiz ucun tehlukelidi


/Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir.
Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir.
Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 milliqram miqdarındakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, — deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram nikotin keçə bilir.
Nikotin böyrəküstü vəzilərdən adrenalin və noradrenalin hormonlarının ifraz olunmasına səbəb olur. Bu isə bir müddətdən sonra mədə xorasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və qan təzyiqi yüksəlir.
Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə, əl və ayaqlarına az qan gedər və həmin orqanlarda temperatur aşağı düşər. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlardakı temperatur normal səviyyəsinə çatar.
Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, başgicəllənməsi kimi hallar törənə bilir.
Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər aşkar olur.

1 комментарий:

  1. salam qaqaş mən ibrahim seləm yazıçı jurnalist
    baxdım bloguna əla düzəltmisən zor yazıların var analoqu yoxdu
    istədim dayaq.org saytımıza və profliqa.blogspot.com-a qoyum sənin yazılarını amma şiriftləri latın hərfləri ilədi
    o şriftlə düzəlt normal elə yazılarının hamısını şəklinlə bir yerdə qoyacayıq dayaq.org-a və blogumuza
    bizim saytları dünya azərbaycanlıları və jerli jurnalistlər oxuyur
    hörmətlə profliqa@mail.ru

    ОтветитьУдалить