axtaris

суббота, 15 января 2011 г.

İngiltərəli jurnalistlər Qəbələdə oldular

TToni Adams “Qəbələ”yə baş məşqçi təyin edildikdən sonra sözügedən komanda İngiltərə mətbuatının gündəminə düşdü. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, britaniyalı jurnalistlər hələ də Toni Adamsı və onun komandasını diqqətdə saxlayırlar. Ötən ay isə Britaniyanın məşhur “Daily Mail” qəzetinin əməkdaşları Qəbələyə gələrək geniş reportaj hazırlayıblar. İngiltərəli həmkarlarımız həmin yazını eksklüziv şəkillərlə oxuculara təqdim ediblər. Yazıda “Qəbələ” klubu və onun təmsil etdiyi rayonda futbolun inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda İngiltərə millisinin və “Arsenal”ın keçmiş kapitanı Toni Adamsdan da geniş müsahibə götürülüb. Adams müsahibə zamanı Azərbaycandakı həyatından və klubdakı işindən danışıb:”Bu sualı mənə çoxları verib. Niyə məhz Azərbaycanı seçdin? Əlbəttə mənim bu seçimim hər kəsin təəccübünə səbəb olmuşdu. Lakin bir məsələ var ki, İngiltərədə olarkən klub prezidenti Taleh Heydərov məni komandanın gələcək planları ilə tanış etdi. Mən də bunu bəyəndim və öz qərarımı verdim. Qəbələyə gəldikdən sonra klubun akademiyası ilə yaxından tanış oldum və görülən işlər çox xoşuma gəldi. Əsas məqsədim Azərbaycan Premyer Liqasında yüksək səviyyəli bir komanda yaratmaqdır. Hazırda bu istiqamətdə işlərim qaydasında gedir. Doğrudur mən təkbaşına “Qəbələ”ni dünya səviyyəli klub edə bilmərəm. Lakin bu komanda ilə böyük uğur qazanacağıma inanıram. “Qəbələ” rəhbərliyi 

2 комментария: